Audit xidməti və audit olunmuş maliyyə hesabatları hər bir müəssisənin təsisçisi, direktoru, biznes tərəfdaşları, investorları və həmin maliyyə hesabatlarının digər istifadəçiləri üçün çox önəmlidir. Çünki müstəqil audit yoxlaması və maliyyə hesabatları üzrə bildirilmiş auditor rəyi maliyyə hesabatlarının istifadəçiləri üçün həmin hesabatların doğruluğu barədə əminliyi təmin edir. Auditin nəticələri sayəsində siz müəssisənizin mühasibat uçotunda, maliyyə hesabatlığında və daxili nəzarət sistemində olan çatışmazlıqları və səhvləri aradan qaldıra bilərsiniz. Qarşıya qoyduğumuz məqsəd qısa zamanda Azərbaycanın audit və maliyyə sahəsində xidmət göstərən aparıcı şirkətinə çevrilməkdir. Şirkət rəhbərliyinin mühasibat, maliyyə və vergi uçotunun bütün aspektləri barədə son dərəcə dəqiq məlumatı olmadığı təqdirdə maliyyə-təsərrüfat fəaliyyəti effektiv ola bilməz. Məhz buna görə də audit təşkilatlarının xidmətləri istənilən biznesin əsas tərkib hissəsini təşkil edir. Böyük və uğurlu təcrübəyə malik şirkətimiz müqavilə əsasında müştərilər üçün cəlbedici qiymətlərlə audit və mühasibat xidmətləri təqdim edir. Bizim mühasiblərimiz, maliyyəçilərimiz və hüquqşünaslarımız şirkətinizin təsərrüfat fəaliyyətinin yüksək keyfiyyətli və tamamilə şəffaf  qiymətləndirilməsini müstəqil surətdə həyata keçirəcəklər. Bizim köməyimizlə istifadəçilərin və maraqlı şəxslərin şirkətinizin maliyyə və vergi hesabatlarına etibar dərəcəsi dəfələrlə artacaq.

Şirkətimizin auditorlarının iş təcrübəsi və ixtisası auditi aşağıdakı istiqamətlər üzrə aparmağa imkan verir:

  • Mühasibat hesabatları;
  • Maliyyə hesabatları;
  • Vergi hesabatları;
  • Qiymətli kağızlar;
  • MMC-lərin, FS-lərin və digər müəssisələrin hesabatları.

Sizi audit şirkətlərinin xidmətləri maraqlandırırsa, etibarlı və ixtisaslı auditor seçməzdən əvvəl onun fəaliyyəti barədə müfəssəl məlumat əldə etməyə çalışın. Audit xidmətlərinin dəyərinin qiymətləndirilməsi bu hələ həlledici göstərici deyil. Belə ki, bizim təcrübəmiz və auditin aparılmasının operativliyi müştərilərə onlar üçün adekvat və münasib qiymətlər təkif etmək imkanı verir. Bizim şirkət Bakıda audit xidmətlərinə ən yaxşı qiymətləri təklif etməyə hazırdır. Saytımızda göstərilən telefon nömrələrinə zəng etməklə bundan asanlıqla əmin ola bilərsiniz.

Translate »