FCC Group nəqliyyat və logistika xidmətlərininin optimal kompleksini təklif edir. Yaxşı təşkil edilmiş keyfiyyət idarəetmə sistemi və beynəlxalq standartın tələblərinə uyğun yüksək keyfiyyətli xidmətlərə zəmanət verə bilərik.

Fəaliyyətimiz:
– bütün nəqliyyat növlərinin imkanlarından istifadə olunmaqla müxtəlif yüklərin “Qapıdan qapıya”, başqa sözlə, başlanğıc məntəqəsindən təyinat məntəqəsinə qısa zamanda və təhlükəsiz daşınmasını, habelə yüklərin aralıq və digər məntəqələrdə boşaldılması, saxlanması və qablaşdırılmasını təşkil etmək;
– yükgöndərənlərə yüklərin daşınması üçün ən optimal marşrut təklif etmək, nəqliyyat növünün seçilməsi və digər məsələlərlə bağlı məsləhətlər vermək;
– yüklərin daşınması zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agentliyi, nəqliyyat, ekspedisiya və digər xidmətlərin göstərilməsini təşkil və təmin etməkdən ibarətdir.

FCC Group Orta Asiya ölkələri üzrə kompleks yük daşıma xidmətlərini təmin edir.

Bizim məqsədimiz müştərilərə yüklərin daşınmasının təşkili ilə bağlı bütün problemlərin həllində yardım etmək və yüklərin maksimum təhlükəsizliyini və qorunmasını təmin etməkdir. Müştərilərin tələb və arzularını maksimum dərəcədə yerinə yetirmək üçün firmamız həmçinin yığma yüklərin daşınması, ölkə daxilində ekspeditor xidmətləri, idxal-ixrac mallarının gömrük rəsmiləşdirilməsinə dair məsləhət xidmətlərini təklif edir. Bu da bizim bazarda rəqabətə davamlılığımızı artırır.

Qısa müddət ərzində FCC Group bir çox beynəlxalq yük daşıma şirkətləri ilə işgüzar əməkdaşlıq və agentlik münasibətləri yaratmışdır. Şirkətimiz əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, zamanın tələbləri ilə hesablaşır və nəqliyyat biznesinin inkişafı zamanı baş verən dəyişiklikləri izləyir. Bizim mütəxəssislərimi\ hər bir müştəriyə fərdi qaydada yanaşır, dil baryerini aşmaqda onlara yardım edir, bütün lazımı sənədləri peşəkarcasına hazırlayır və yüklərin vaxtı-vaxtında toplanaraq daşınmasını təmin edir.

Yük daşıma bazarında uzunmüddətli iş, işlərin dəqiq təşkili, geniş agent şəbəkəsi və işçilərin yüksək peşəkar səviyyəsi müştərilərin istənilən yüklərinin daşınmasını təmin etməyə, habelə daşınmanın vaxtı-vaxtında aparılmasına, yüklərin qorunmasına, eləcə də daşıma və yükləmənin bütün mərhələlərində izlənməsinə zəmanət verir.

Translate »