Şirkətimiz sənaye obyektlərinin, irihəcmli anbarların, habelə stadion, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanması, boyanması və quraşdırılmasını həyata keçirir. Yüksəkliyindən və aşırımından asılı olmayaraq hər cür layihələrin (qaynaqlı və ya bolt – qayka bağlantılı) zavod şəraitində yığılmasını və tikinti sahəsində quraşdırılmasını yerinə yetirəcək yüksək peşəkarlığa malik (sertifikatlı) qaynaqçı və quraşdırıcı potensialına sahibik.

Başlıca məqsədimiz etibarlı, keyfiyyətli və davamlı xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməkdir. İnşaat bazarında etibarlı və keyfiyyətli mövqeyini saxlamaq üçün son texnologiyaya uyğun avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mühəndis heyəti ilə fəaliyyət göstərməkdəyik.

müxtəlif ölçülü anbarların,

zavod və fabriklərin, fermaların,

müxtəlif təyinatlı stadionların,

ofis binalarının,

ticarət və əyləncə mərkəzlərinin,

piyada keçidlərinin,

bu və ya digər kiçik və böyük qabaritli mülki və sənaye obyektlərinin tikinti konstruksiya və modullarının hazırlanmasını və quraşdırılmasını həyata keçirir.

Metal konstruksiya sahəsi dizayn və layihələrin işlənməsi və iş çertyojlarından başlamış bütün tikinti işləri ilə birlikdə hazır layihənin təhvil verilməsinə kimi xidmətlər toplusunu təklif edir.

Metal konstruksiyalarının hesaba alınması və obyektlərin layihələndirilməsi, tikinti regionların və onun iqlim şəraitini nəzərə almaqla xüsusiləşdirilmiş proqram əsasında yerinə yetirilir.

Bizim təcrübəli və bacarıqlı mühəndis qrupumuz metal konstruksiyaların hazırlanması və quraşdırılmasında ixtisaslaşmışlar və hər növ və hər ölçülü layihələr üçün xidmətlər göstərməyə hazırdırlar.

Nəyə görə Family Construction Company Group–u seçməli ?

  • Metal konstruksiya sahəsində çoxillik təcrübə
  • Profesional metal konstruskiya ilməçiləri və qaynaqçılar
  • Bütün Azərbaycan daxili xidmət
  • Kiçik və böyük həcmli metal konstruksiya işlərinin görülməsi
  • Bacarıqlı kran operatorları və xidmətləri
  • Bütün ölkə daxili ən sərfəli qiymətlərlə yüksək keyfiyyətli metal konstruksiya xidməti
Translate »